Bakıda minik avtomobili "Kamaz"la toqquşub, ölən var
27 Aprel 2023 10:42 HadisəBakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az xəbər verir ki, Atakişiyev Hümmət Baba oğlunun idarə etdiyi "Lada Priora" markalı avtomobil Nəsimi rayonu Ceyhun Səlimov küçəsi ilə A.Salamzadə küçələrinin kəsişməsində İsmayılov Hüseyn Əli oğlunun idarə etdiyi "Kamaz" markalı avtomobillə toqquşub. Nəticədə "Lada Priora" markalı avtomobildə olan 2002-ci təvəllüdlü sərnişin Cəfərov Pərvin Pərviz oğlu ölüb. Avtomobildəki digər sərnişinlər Sadıqov Elmin İlham oğlu və Heydərli Fərid Xaliq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31