Xəstəxanadakı yanğında reanimasiyada yatan xəstə ÖLDÜ
26 Aprel 2023 11:09 HadisəBu gün Gəncədə xəstəxanada yanğın baş verib.
Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, hadisə Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasında qeydə alınıb. Yanğın zamanı reanimasiya şöbəsində yatan xəstələrdən biri tüstüdən boğularaq vəfat edib. Hazırda onun kimliyi dəqiqləşdirilir.
İlkin məlumata görə, hadisə binanın zirzəmisindəki yanğın şitində baş verib. Havalandırma borusundan binanın digər məntəqələrinə tüstü dolub.
Qeyd edək ki, ölən xəstə ürək çatışmazlığından xəstəxanada yatırmış.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31