Yevlaxda "011" aşdı, kişi və arvadı yaralandı, övladlarından biri öldü

Yevlaxda avtomobil aşıb, kişi və arvadı yaralanıb, övladlarından biri ölüb

Bakı-Qazax yolunda qəza: Mikroavtobuslar toqquşdu - VİDEO


Yevlax rayonunda ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Olaylar.az report-a istinadən xəbər verir ki, aeroport yolunda qeydə alınıb.

Belə ki, "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, sürücü və avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı və övladı xəsarət alıblar.

Eyni zamanda sürücünün avtomobildə olan digər övladı - 2022-ci il təvəllüdlü A.Bəkirov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31