“Yolüstü”nün admini qəzada öldü - FOTO
25 Aprel 2023 10:33 HadisəFeysbukda insanların yol yoldaşı axtardığı "Yolüstü" qrupunun admini 37 yaşlı Cəlal İbrahimov yol qəzasında vəfat edib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, C.İbrahimovu avtomobil vurub. Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilsə də, vəfat edib.
C.İbrahimov Ağdaş-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olurmuş.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31