Sürücü "AA" nömrəli maşını yolun ortasına atıb getdi; Hərəkəti çətinləşdirdi - FOTO

Dayanma-durma qaydasını pozan sürücü yolda hərəkəti çətinləşdirib. 

Olaylar.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə aprelin 18-də, Sumqayıt şəhəri,  Babək küçəsində baş verib. Belə ki, 50-AA-716 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü maşını nəqliyyat  vasitələrinin hərəkət etdiyi zolaqda park edərək gedib. Yol daraldığı üçün digər sürücülər təhlükə ilə üzləşib. Bunu görən oxuculardan biri sürücünün qayda pozuntusunu qeydə  alaraq redaksiyamızın qaynar xəttinə göndərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31