Qəzaya düşən şəxs belə xilas edildi - VİDEO

Ələt-Astara yoluna avtomobildə sıxılımış vəziyyətdə qalan şəxs xilas edilib.

“Mən buranın lotusuyam” dedi, kafedə kütləvi dava düşdü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Olaylar.az-a verilən məlumata görə, "112" telefon xəttinə Masallı rayonu ərazisində, Ələt-Astara avtomobil yolunun 132-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar dərhal əraziyə yanğınsöndürən-xilasediciləri cəlb edilib. Müəyyən olunub ki, "Kamaz" markalı yük avtomobili ilə "DAF" markalı tranzit yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış "DAF" markalı avtomobildə sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələri ilə yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31