Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib
10 Aprel 2023 14:17 HadisəNaxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
Olaylar.az bildirir ki, hadisə ötən gün Naxçıvan şəhəri, Əcəmi 4, ev 25 ünvanında qeydə alınıb. Qaz sızması nəticəsində 1996-cı il təvəllüdlü Məmmədli Gülnar Kamil qızı, 2000-ci il təvəllüdlü Məmmədli Duyğu Orxan qızı və 2016-cı il təvəllüdlü Məmmədli Gülşən Orxan qızı zəhərlənib.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətlərinin sabit olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31