Bakıda sexdə dəhşətli yanğın: 2 nəfər öldü
10 Aprel 2023 10:34 HadisəBakıda sexdə yanğın olub.
Olaylar.az xəbər verir ki, saat 5 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqlanması hazırlanması sexində baş vermiş yanğın nəticəsində hazırda şəxsiyyətləri məlum olmayan 2 nəfər sexin içərisində yanaraq ölüb.
FHN tərəfindən yanğın nəzarətə götürülərək söndürülmüş, 370 kv.m sahəsi olan sexin 44 kv.m-i yanmış, geri qalan hissəsi isə yanğından mühafizə edilib.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31