Azərbaycanda hərbçilər qəzaya düşdülər
6 Aprel 2023 11:03 HadisəGoranboy-Tərtər avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az-ın məlumatına görə, hadisə yolun Goranboyun Xan Qərvənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil aşıb.
Qəzada xəsarət alan beş nəfər xəstəxanaya yerləşdirilib.
Həmin şəxslər hərbçilərdir.
Faktla bağlı araşdırma aparılır.
Oxu.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31