Evdə oynayarkən yıxılan 6 yaşlı uşaq öldü

Lənkəranda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Liman qəsəbə sakini olan 6 yaşlı İ.Fərəcli martın 26-da evdə oynayarkən yıxılaraq xəsarət alıb.

Azyaşlı xəstəxanaya yerləşdirilsə də, martın 30-da vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31