Bakıda mağazada iş adamının meyiti tapıldı
29 Mart 2023 12:28 HadisəBakıda mağazada iş adamının meyiti tapılıb.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Bakı küçəsi: 1 ünvanında yerləşən mağazada baş verib. Həmin obyekti icarə əsasında işlədən Daşkəsən rayon sakini, 1973-cü il təvəllüdlü M.Bayramovun meyiti iş yerində aşkar edilib.
Onun üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib. M.Bayramovun ölüm səbəbi hələ ki, açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31