Azərbaycanda səhər-səhər DƏHŞƏTLİ HADİSƏ BAŞ VERDİ: ÖLƏNLƏR VƏ ÇOX SAYDA YARALI VAR

Abşeron rayonunda avtomobillər toqquşub, 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Olaylar.az xəbər verir ki, bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, ötən gün saat 17:00 radələrində Xırdalan-Saray yolunda Sumqayıt şəhər sakinləri - Fərzəliyev Ehtiram Niyaz oğlunun idarə etdiyi "İVECO"chr("39") markalı 90-JU-259 nömrə nişanlı yük avtomobili ilə Hüseynov İsmayıl Hüseyn oğlunun idarə etdiyi "Mercedes" markalı 90-SM-259 nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanların vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31