Dəhşətli qəza: Oqtay Əliyev dünyasını DƏYİŞDİ - FOTO
22 Mart 2023 19:14 HadisəAz öncə Saray qəsəbəsində tanınmış prodüsser Oqtay Əliyev və onun xanımı, aktrisa Dilarə Əliyeva dəhşətli qəzaya düşüb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb.
Belə ki, Oqtay Əliyevin idarə etdiyi "Toyota Leksus" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Qəza nəticəsində O.Əliyev dünyasını dəyişib.
Həmçinin avtomobildə olan xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

.jpg)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31