Ağdamda ekskavator minaya düşdü
18 Mart 2023 14:05 HadisəAğdamda ekskavator minaya düşüb.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində baş verib.
Kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən ekskavator torpağa basdırılmış partlamamış mərmiyə toxunub. Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib.
E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31