Bakıda məşhur idman zalında ölüm - 40 yaşlı kişi...
10 Mart 2023 16:38 HadisəBakıda idman zalında ölüm hadisəsi baş verib.
Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində, "Vurğun Rezidens"də yerləşən zalda qeydə alınıb.
1983-cü il təvəllüdlü Həsən Quliyev idman zalında məşq edən zaman qəflətən halı pisləşib. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin briqada çatana kimi Həsən Quliyev keçinib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31