Azərbaycanda piyadanı vuran kişi özünü asdı
9 Mart 2023 14:40 HadisəAzərbaycanda intihar hadisəsi baş verib.
Olaylar.az lent.az-a istinadən bildirir ki, hadisə martın 8-də Quba rayonunun İspik kəndində qeydə alınıb. Kənd sakini 36 yaşlı İntiqam Əlimuradov meşədə özünü asıb.
Araşdırmalar zamanı İ.Əlimuradovun intihar etməsinə yol-nəqliyyat hadisəsini törətməsi səbəb olub.
Belə ki, o, martın 6-da Quba şəhəri ərazisində idarə etdiyi "Niva" markalı avtomobillə yolu keçən 50 yaşlı Rövşən Ağayevi vurub. Hadisədən şoka düşən İ.Əlimuradov ərazidən qaçaraq meşədə özünü asıb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31