Bakıda səhər saatlarında dəhşət - Bir ailədən 3 meyit tapıldı
9 Mart 2023 10:17 HadisəSulutəpədə kişi, oğlu və gəlini dəm qazından boğularaq ölüb.
Hadisə ötən gün Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qeydə alınıb.
Belə ki, həmin ünvanda kirayədə yaşayan 1967-ci il təvəllüdlü Rafiq Əliyev, 1999-cu il təvəllüdlü Elvin Əliyev və sonuncunun həyat yoldaşı 2005-ci il təvəllüdlü Aysu Mirzəliyeva dəm qazından zəhərlənərək ölmələri barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub.
Referans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31