Bakıda sərnişin avtobusu belə alovlandı - VİDEO

Xocasən yolunda avtobus yanıb.

İran Məhkəmə hakimiyyətinin rəhbəri hicablarını açan qadınları təhdid etdi - FOTO

Bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

Onun sözlərinə görə, bu gun saat 07:45 radələrində 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən Meyvəli bazarı istiqamətinə hərəkətdə olan "İVECO OTOYOL" markalı 90 LR 327 nömrə nişanlı avtobus ilkin məlumata görə mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb.

Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala qalıb. Hadisə yerinə dərhal yaxınlaşan YPX əməkdaşları sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin ediblər. Yanğın qısa müddət ərzində söndürülüb.

Qeyd olunan yolda hərəkət tam bərpa edilib.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31