Bakıda dəhşət: Qəbiristanlıqda asılmış meyit tapıldı
6 Mart 2023 14:27 HadisəBakıda intihar hadisəsi baş verib.
Olaylar.az lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən qəbiristanlıqda qeydə alınıb. Orada fəhlə işləyən 44 yaşlı Əbdül Xəlilovun ağacdan asılmış meyiti tapılıb.
İlkin araşdırmalarla onun intihar etdiyi məlum olub. İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31