Zəncirvari QƏZA: 6 maşın bir-birinə çırpıldı - VİDEO + FOTO
25 Fevral 2023 21:56 HadisəBakıda zəncirvari qəza olub.
Olaylar.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu 8 Noyabr prospektində qeydə alınıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, qəza zamanı altı nəqliyyat vasitəsi bir-birinə çırpılıb. Avtomobillərə ziyan dəyib.
Nəticədə bir nəfər yüngül xəsarət alıb.
Hadisə yerindən görüntüləri təqdim edirik:



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31