Bakıda qızın qaçırılması görüntüləri yayıldı - ANBAAN VİDEO - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakının Binəqədi rayonunda qızın qaçırılması ilə bağlı yayılan videoya münasibət bildirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Trend-in sorğusuna cavab olaraq bildirib ki, görüntülər araşdırılıb.

Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikirindən daşındırmaq üçün rəsmi nikahda olduğu əri, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar.

Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib.

Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31