Azərbaycanda güclü yanğın: FHN-in 20 əməkdaşı xəstəxanalıq oldu

Sabirabadda pambıq zavodunda yanğın zamanı FHN-in 20 əməkdaşı tüstüdən zəhərlənib.

Olaylar.az Report-a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Axtaçı Muğan kəndində yerləşən pambıq qəbulu və emalı zavodunda yanğın söndürülən zaman FHN-nin 20 nəfər əməkdaşı tüstüdən zəhərlənib.

Tüstüdən zəhərlənənlər Sabirabad sakinləri - Güləliyev Arif Elçin oğlu - 1998-ci il təvəllüdlü, Dadaşlı Allahşükür Baladadaş oğlu - 1999-cu il təvəllüdlü, İsayev Şamo Şakir oğlu -1990-cı il təvəllüdlü, Ağayev Elman Telman oğlu - 1982-ci il təvəllüdlü, Axundzadə Nurlan Aydın oğlu - 1991-ci il təvəllüdlü, Səmədov Rail Əflan oğlu - 1982-ci il təvəllüdlü, Abdullayev Vüqar Əkbər oğlu - 1988-ci il təvəllüdlü, Qubadov Vüsal Ramiz oğlu - 1981-ci il təvəllüdlü, Teymurov Anar Şahin oğlu - 1988-ci il təvəllüdlü, Nağıyev Əlimövsüm Adil oğlu - 1982-ci il təvəllüdlü, Ağayev Ələsgər Möhlət oğlu - 1984-cü il təvəllüdlü, Zeynalov Kənan Lazım oğlu - 1995-ci il təvəllüdlü, Əliyev Murad Həsənağa oğlu - 1986-cı il təvəllüdlü, Əsgərov Səftər Qəhrəman oğlu - 1991-ci il təvəllüdlü, Vəliyev Rəşad Nəbi oğlu - 1982-ci il təvəllüdlü, Zeynalov Şəmistan Namiq oğlu - 1993-cü il təvəllüdlü, Neftçala rayon sakini Həbibov Tərlan Adbalaoğlu - 1991-ci il təvəllüdlü, Hacıqabul rayon sakini Rəhimov Feyruz Firuz oğlu - 1983-cü il təvəllüdlü,

Tüstüdən zəhərlənən və göz almacıqlarından zədələnənlər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra əksəriyyəti ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31