Ucarda mikroavtobus TIR-la toqquşub, ölən və yaralananlar var - FOTO

Ucarda ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

Olaylar.az  bildirir ki, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Cini kəndindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayon sakini 1959-cı il təvəllüdlü Şəmistan Aqil oğlu İsayevin idarə etdiyi "Mercedes" markalı mikroavtobusla Abşeron rayon sakini, 1957-ci il təvəllüdlü Asif Balağa oğlu Hüseynovun idarə etdiyi TIR-la toqquşub.

Nəticədə, 1 nəfər hadisə yerində ölüb. Daha 3 nəfər - 1984-ci il təvəllüdlü Allahverdi Fizuli oğlu Hakverdiyev, 1972-ci il təvəllüdlü Şirin Pirverdi oğlu Ələkbərov və hələlik şəxsiyyəti məlum olmayan daha bir nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31