Biləsuvarda ana və 3 övladı dəm qazından zəhərlənib

Biləsuvarda ana və 3 övladı dəm qazından zəhərlənib.

Olaylar.az Milli.Az-a istinadən xəbər ki, hadisə rayonun Aşağı Cürəli kəndində baş verib.

1985-ci il təvəllüdlü Günel Məmmədova və onun övladları - 2007-ci il təvəllüdlü Məleykə Məmmədova, 2015-ci il təvəllüdlü Arzu Məmmədova və 2012-ci il təvəllüdlü Rəvan Məmmədov dəm qazından zəhərləniblər.

Onlar dərhal rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31