Afterşoklar bir neçə ay davam edə bilər - VİDEO

Türkiyədə baş verən zəlzələdən sonra maqnitudası 5-dən yuxarı olan 80-ə qədər afterşok qeydə alınıb. Onlardan ən güclüləri 6.4 və 6.6 bal olub. Hazırda afterşoklar davam edir.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli fevralın 6-da keçirilən mətbuat konfransında deyib.

"Ola bilər ki, belə güclü zəlzələdən sonra afterşoklar bir neçə ay davam etsin. Lakin təcrübəyə əsasən deyə bilərəm ki, maqnitudasının yenidən 7.4 güclü olacağı ehtimal edilmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31