Xocalıda qəza baş verib, iki nəfər yaralanıb

Xocalıda qəza baş verib, iki nəfər yaralanıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xocalı rayonun Çanaqçı kəndində baş verib. Belə ki, "Gədəbəy Sular" MMC-nin sürcüsü Mahir Sadıqov yük maşını ilə qəza edib və avtomobil dərəyə aşıb.

Qəza zamanı sürücü və şirkətin satış müdiri Hüseyn Məmişov yaralanıb.

Yaralanan şəxslər Füzuli Mərkəzi Xəstəxanasına gətirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gəlib.

Qəza ilə bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31