Bakıda DƏHŞƏT: Burun-boğaz əməliyyatı olunan məktəbli VƏFAT ETDİ
2 Fevral 2023 11:17 HadisəBakıda burun-boğaz əməliyyatı olunan məktəbli vəfat edib.
Olaylar.az xəbər verir ki, iki gün əvvəl özəl klinikaların birində əməliyyat edilən 9 yaşlı Nadirli Ağasəlim Vüqar oğlu daha sonra evə buraxılıb. Lakin o, Xətai rayonunda yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edək ki, A.Nadirli Xətai rayonu, İ.Məmmədov adına 261 nömrəli məktəb-liseyin 3-cü sinif şagirdi olub.
Faktla bağlı araşdırma aparılır.
Qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
