Vətən müharibəsi şəhidinin bacısı faciəli şəkildə öldü - FOTO
1 Fevral 2023 10:28 HadisəBakıda gənc qız faciəli şəkildə ölüb.
"Qafqazinfo"nun məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdü Məmmədova Aytən Xalid qızı yaşadıqları binanın 4-cü mərtəbəsindən yıxılaraq ölüb. Mərhum bu gün Ucar rayonunda torpağa tapşırılacaq.
Qeyd edək ki, faciəli şəkildə ölən gənc qız Vətən müharibəsi şəhidi Rəcəb Məmmədovun bacısıdır. Vətən müharibəsinə könüllü qatılan Rəcəb Məmmədov Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31