Bakıda qadın və kişi binanın damında intihara cəhd ediblər - FOTO

Bakının Binəqədi rayonunda intihara cəhd olub.Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, Məmməd Səid Ordubadi küçəsində qadın və kişi beşmərtəbəli binanın damına çıxaraq ordan intihar edəcəkləri bildiriblər.

Bunu görən ətrafdakı insanlar polisə məlumat veriblər.

Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Həmin şəxslərlə FHN-in psixoloqları söhbət apardıqdan sonra onla fikrlərindən daşınıblar.

Hər iki şəxs izahatları alınması üçün polis bölməsinə aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31