Bakıda tanınmış şəxsin vəzifəli oğlu özünü öldürdü
30 Yanvar 2023 12:23 HadisəHeydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən "Baku Cargo Terminal" MMC-nin kommersiya yükdaşıması şöbəsinin rəisi Elxan Əzimov intihar edib.
"Qafqazinfo" xəbər verir ki, vəzifəli şəxs Suraxanı rayonu Əmircan qəsəbəsində özünü asaraq həyatına son qoyub.
Faktla bağlı araşdırmalar aparılır.
Məlumata görə, E.Əzimov əfsanəvi pilot, Şöhrət ordenli Əzimbala Əzimovun oğludur. 74 yaşlı Ə.Əzimov hazırda Milli Aviasiya Akademiyasında çalışır.
AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, vəfat edən şəxs AZAL-ın əməkdaşı deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31