İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub (YENİLƏNİB)

İranda 5,9 bal gücündə zəlzələ baş verib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Xoy şəhərindən 8 kilometr cənub-qərbdə, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildirilib ki, yerli vaxtla saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənub-qərbdə, İranın Xoy şəhərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan MR-də 3-5 bala qədər hiss olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31