Səfirliyimizə hücum edən terrorçunun fotosu - FOTO
27 Yanvar 2023 18:31 HadisəXəbər verdiyimiz kimi, Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Hücum anının videogörüntülərindən məlum olur ki, terrorçu səfirliyin bütün əməkdaşlarını öldürməyi planlayıb. Səfirliyin mühafizəçisinin çevik müdaxiləsi nəticəsində böyük bir itkinin qarşısı alınıb.
Azərbayca səfirliyinə hücum edən terrorçunun fotosunu təqdim edirik:


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31