Tanınmış prodüser vəfat etdi

Tanınmış prodüser Azər Əkbərov vəfat edib.

Olaylar.az APA-ya istinadən bildirir ki,  bu barədə mərhumun oğlu Emil Əkbərov özünün sosial şəbəkə hesabında paylaşım edib.

Azər Əkbərov 29 sentyabr 1960-cı ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Uzun müddət "Azərbaycanfilm" kinostudiyasında film direktoru, prodüser və kastinq direktoru olaraq çalışıb.

O, "Lal", "Təbəssüm", "Qanun naminə", "Qorxma, mən səninləyəm" kimi məşhur ekran işlərində direktor, kastinq və koordinator kimi çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31