Novxanı-Binəqədi yolunda qəza: "Prius"un sərnişini olan gənc qız öldü - VİDEO

Ötən gün Novxanı-Binəqədi yolunun Mehdiabad qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

 

Olaylar.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə zamanı "Mercedes" və Toyota "Prius" markalı avtomobillər bir-birinə çırpılıb.

İddialara görə, qəza nəticəsində "Prius"un sərnişini olan gənc qız dünyasını dəyişib.

Qəzanın görüntülərini təqdim edirik:

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31