FHN-nin əməkdaşı qəzaya düşdü

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı qəzaya düşüb.

Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Oğuz rayonunun  Sincan kəndi ərazisində baş verib.

Belə ki,"VAZ-2207" markalı minik avtomobili yoldan cıxaraq ağaca çırpılıb. Nəticədə avtomobilin sürücüsü Umarov Aslan Xalid oğlu  və sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Oguz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Aslan Umarov Fövqaladə Hallar Nazirliyinin Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31