Sərxoş kişi qar suyu ilə dolmuş gölməçədə boğuldu
13 Yanvar 2023 10:50 HadisəNeftçala rayonunda sərxoş kişi qar suyu ilə dolmuş gölməçədə boğulub.
Olaylar.az "report"a istinadən bildirir ki, hadisə dünən axşam saatlarında rayonun Həsənabad qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1974-cü il təvəllüdlü Qasımov Müseyib Rasim oğlu üzü üstdə qar suyu ilə dolmuş gölməçəyə yıxılıb və boğularaq ölüb.
İlkin məlumata görə, o, içkili olub. Meyit muayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31