Bakı məktəblisi yol-nəqliyyat hadisəsi zamanı vəfat edib

Paytaxtdakı 86 nömrəli tam orta məktəbin X sinif şagirdi Göyüşov İsa Vüqar oğlu yanvarın 10-da saat 16:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.
"OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsi yayıb. 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və kollektivi Vüqar Göyüşovun  vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və doğmalarına, məktəbin müəllim-şagird kollektivinə dərin hüznlə başsağlığı verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31