Goranboyda hamamda partlayış olub, ölən var

Goranboy rayonunda hamamda partlayış olub, ahıl qadın ölüb.

Olaylar.az Milli.Az-a istinadən xəbər verir ki, hadisə yanvarın 10-u saat 18 radələrində rayonun Şəfibəyli kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəyeva Validə Yadulla qızı yaşadığı fərdi yaşayış evində hamamda olan su çəninin partlaması nəticəsində başından aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31