DİN Naxçıvanda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb

Yanvarın 6-da saat 17 radələrində Naxçıvan MR Babək rayonunun Nehrəm qəsəbəsində 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Olaylar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həmyerlisi 2005-ci il təvəllüdlü Rəhman Süleymanov saxlanılaraq istintaqa təhvil verilib. Tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31