Baş Prokurorluq Şəmkirdə avtomobildə qumbara partlayışı barədə məlumat yayıb
5 Yanvar 2023 21:53 HadisəBaş Prokurorluq Şəmkirdə avtomobildə qumbara partlaması, iki nəfərin xəsarət alması faktı barədə məlumat yayıb.
Olaylar.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yanvarın 5-də, saat 17 radələrində Şəmkir şəhəri ərazisində VAZ 2107 markalı avtomobildə qumbara partlaması nəticəsində avtomobildə olan 1972-ci il təvəllüdlü Nəsib Heydərovun və 1990-cı il təvəllüdlü Binnət Qarayevin ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31