"Nizami" stansiyasında nə baş verib? - AÇIQLAMA
5 Yanvar 2023 20:36 Hadisə"Bakı Metropoliteni" QSC bu gün "Nizami" stansiyasındakı vaqonlardan birində baş verən nasazlıqla bağlı açıqlama yayıb.
Olaylar.az xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni"nin açıqlamsında bildirilib ki, "Nizami" stansiyasında vaqonlardan birinin qapısının bağlanmasında problem yaranıb:
"Təlimat qaydalarına uyğun baxış təyin edilib. Qatara əlavə baxış keçirilməsi zərurəti yarandığından sərnişinlər stansiyada düşürülüb.
Qatar mənzili sərnişinsiz qət etdiyi üçün iki qatar arasında olmaq şərtilə, intervaldan əlavə 2 dəqiqəlik yubanma qeydə alınıb.
Hazırda problemin səbəbləri araşdırılır. Bu barədə əlavə məlumat veriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31