Azərbaycanda zəlzələ olub

Şəkidə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Olaylar.az-a bildirilib ki, yerli vaxtla saat 00:07-də Şəki stansiyasından 7 kilometr qərbdə, Şəki şəhərində zəlzələ qeydə alınıb.

Yeraltı təkanların yerin 6 kilometr dərinliyində qeydə alındığı bildirilib.

Zəlzələ Şəki şəhərində 3 bala qədər hiss olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31