Bakı-Quba yolunda daha bir ağır qəza - VİDEO
17 Dekabr 2022 12:09 HadisəBakı-Quba yolunda yük maşını aşıb.
Olaylar.az APA-ya istinadən bildirir ki, 1963-cü il təvəllüdlü Rəfail Məmmədovun idarə etdiyi 99 XT 405 markalı yük maşını aşıb. Qəza nəticəsində sürücü və maşında olan sərnişin xəsarət alıb. Qəza səbəbindən Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Maşınlar Şabran rayonunun içərisindən keçərək yollarına davam edirlər.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31