Kəlbəcərdə minaya düşənlərdən biri dünyasını dəyişib (ƏLAVƏ OLUNUB)

Bu gün Kəlbəcərdə baş vern mina partlayışında daha iki nəfərin xəsarət alması müəyyən edilib.

Olaylar.az bildirir ki, onlardan biri dünyasını dəyişib.

***

19:00

Kəlbəcər rayonunda 4 nəfər minaya düşüb.

Olaylar.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Belə ki, bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub

Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31