Bakı-Quba yolunda AĞIR QƏZA
13 Dekabr 2022 10:17 HadisəBu gün səhər saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, hadisə Xızının Giləzi qəsəbəsi ərazisində qeydə alınıb.
Mikroavtobusla minik maşınının toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, 5 nəfər ağır xəsarətlə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31