Bakıda fərdi yaşayış binasındakı yanğın söndürülüb - (ƏLAVƏ OLUNUB-3) (VİDEO)
29 Noyabr 2022 23:17 HadisəBakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.
Olaylar.az xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.
xxx
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinin qarşısı alınaraq qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam yanğınsöndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
xxx
Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.
Olaylar.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
xxx
Bakıda güclü yanğın başlayıb.
Olaylar.az xəbər verir ki, Bakının "Kubinka" kimi tanınan hissəsində güclü yanğın başlayıb.