Sumqayıtda baş verən partlayışla bağlı araşdırma başlayıb
30 Avqust 2022 20:49 HadisəSumqayıt şəhərində istirahət mərkəzində baş verən partlayışla əlaqədar araşdırmalara başlanılıb.
Olaylar.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, hadisə Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda "Sunset" istirahət mərkəzinin qazanxanasında baş verib. Nəticədə üç nəfər xəsarət alıb.
Hazırda Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31