“Sunset” istirahət mərkəzində partlayış olub, xəsarət alanlar var
30 Avqust 2022 20:16 HadisəFövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndinin ərazisində yerləşən "Sunset" istirahət mərkəzində partlayış baş verməsi barədə məlumat daxil olub.
Olaylar.az xəbər verir ki, FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Müəyyən olunub ki, ilkin məlumata əsasən istirahət mərkəzinin suqızdırıcı (kombi) sistemində ani partlayış hadisəsi baş verib və nəticədə 3 nəfər xəsarət alıb. Dağıntı və yanğın hadisəsi qeydə alınmayıb.
FHN-in qüvvələri tərəfindən obyekt ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31