Göyçayda 3 otaqlı ev və istixana yanıb
29 Avqust 2022 23:03 HadisəGöyçay rayonunun Hacalıkənd kəndində ümumi sahəsi 250 m² olan kürsülü, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 150 m² olan istixananın polietilendən ibarət üzlüyü 5 m² sahədə yanıb.
Olaylar.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, istixananın qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31