Beynəlxalq axtarışda olan 13 nəfər Azərbaycana gətirildi

Azərbaycan Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunan 13 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib. Bu barədə "Olaylar"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, ötən yarımildə bu istiqamətdə prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması ilə bağlı xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31